Dil seçimi

info@azusconsulting.com

  +994 55 271 03 77

Xidmətlər


Cari vəziyyətin təhlili

Tətbiqetmə

İdarəetmə sisteminin tətbiqi təşkilat üçün strateji bir qərardır ki, onun göstəricilərinin yaxşılaşdırılmasında və sabit təkmilləşdirilməsi üçün etibarlı əsasın yaradılmasında kömək edə bilər. İdarəetmə sisteminin tətbiq edilməsi təşkilata aşağıdaki faydaları gətirə bilər:
a) müştərilərin, həmçinin təşkilatın fəaliyyətinə şamil olunan qanunvericilik və digər normativ tələblərinə cavab verən məhsul və xidmətlərin davamlı təmin edilməsi qabiliyyəti;
b) müştərilərin məmnunluq dərəcəsinin artırılması üçün imkanların təkmilləşdirilməsi;
c) təşkilatın konteksti və məqsədləri ilə əlaqəli risk və imkanların nəzərə alınması;
d) idarəetmə sisteminin qoyulmuş tələbləri ilə uyğunluğunun nümayiş etdirilməsinin qabiliyyəti

Cari vəziyyətin təhlili

Cari vəziyyətin təhlili təşkilatda idarəetmə sisteminin yaradılmasında ilkin addım hesab olunur. Bu Sizə halhazırdaki vəziyyətinizin başa düşməsində kömək edər və növbəti addıma hazır olmaq üçün tədbirlər planının yaradılmasında imkan yaradar.

AZUS Consulting öz Müştərilərini Project Viewer 365 formatında hazırlanmış İş Cədvəli ilə təmin edir ki, burada, təşkilatın sertifikatlaşdırılması mərhələsi kimi sayılan ən son mərhələsinə qədər, hər bir yerinə yetiriləcək fəaliyyətin təsviri, başlanma və başaçatma tarixi, məsul şəxsi və həm hər bir fəaliyyətin, həm də bütün layihənin qiyməti verilir.

Sənədləşmənin hazırlanması

Tərcümələr

AZUS Consulting ingilis, rus, azərbaycan və türk dillərindən /dillərinə sənədlərin peşəkar texniki tərcümə xidmətlərini göstərir. Bundan əlavə, şirkət yuxarıda qeyd olunmuş dillərindən /dillərinə şifahi tərcümələrlə də kömək göstərə bilməyə hazırdır.

Sənədləşmənin hazırlanması

AZUS Consulting sənədlərin yazılması, korrektə və redaktə edilməsi, formatlaşdırılması və onların nəşr edilməsinədək, tam paket şəklində sənədləşmənin hazırlanması xidmətləri göstərir.
Sənədləşmə növləri:
a) idarəetmə sistemləri ilə tələb olunan sənədlər (prosedurlar);
b) strateji sənədlər (strategiya, siyasət, məqsədlər, rəhbərlik, təşkilat strukturu, vəzifə təlimatları və s.);
c) əməliyyat sənədləri (əməliyyat planları, xidmətin keyfiyyəti planları, istehsalat planları və s.)
d) informativ sənədlər (tender sənədləri, iş təlimatları, hesabatlar, biznes yazışmalar və s.)

Tərcümələr

Audit

Təlim

AZUS Consulting Keyfiyyətin /Ətraf Mühitin Qorunmasının /Sağlamlıq, Texniki Təhlükəsizliyin İdarə Edilməsi Sistemləri üzrə aşağıdaki təlm kursları təşkil edir:
a) İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri üzrə məlumatlandırma kursu;
б) İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri üzrə daxili auditor kursu;
в) İSO 14001:2015 Ətraf Mühitin Qorunmasının İdarə Edilməsi Sistemləri üzrə məlumatlandırma kursu;
г) İSO 14001:2015 Ətraf Mühitin Qorunmasının İdarə Edilməsi Sistemləri üzrə daxili auditor kursu;
д) İSO 45001:2018 Sağlamlıq, Texniki Təhlükəsizliyin İdarə Edilməsi Sistemləri üzrə məlumatlandırma kursu;
е) İSO 45001:2018 Sağlamlıq, Texniki Təhlükəsizliyin İdarə Edilməsi Sistemləri üzrə daxili auditor kursu

Audit

AZUS Consulting şirkətində Sertifikatlaşdırılmış Auditorların Beynəlxalq Reyestrində (İRCA) qeydiyyatda olan, 1-ci, 2-ci və 3-cü tərəf auditlərin keçirilməsi üçün Keyfiyyətin /Ətraf Mühitin Qorunmasının /Sağlamlıq, Texniki Təhlükəsizliyin İdarə Edilməsi Sistemləri üzrə auditorlar fəaliyyət göstərir.

Təlim

Konsultanta ehtiyacınız var?

Ekspertimizlə əlaqə saxlayın. Sizə kömək etməyə hazırıq.

Bizimlə əlaqə saxlayın

Komandamızın üzvü olmaq istəyirsənizsə, bizimlə veb-səhifədə qeyd edilən nömrələrlə əlaqə saxlayın.

Əlaqənin qurulması

Xidmətlərin göstərilməsi üzrə sifariş daxil olunan kimi, AZUS Consulting tələblərin müəyyənləşdirilməsi, təhlili və razılaşdırılması məqsədilə müştəri ilə əlaqənin qurulmasına başlayacaqdır. Tələb olunarsa, AZUS Consulting müştərinin halhazırdaki vəziyyətinizin başa düşməsi və növbəti addıma hazır olmaq üçün tədbirlər planının yaradılması məqsədilə sahəyə səfər edə bilər.

İş həcminin və büdcənin hazırlanması

Tələblər müəyyənləşdirildikdən və razılaşdırıldıqdan sonra AZUS Consulting iş həcmini və büdcəni hazırlayıb onu müştərinin nəzəri və təsdiqi üçün göndərəcəkdir.

Xidmətlərin göstərilməsi üzrə müqavilənin bağlanılması

İş həcmi və büdcə razılaşdırıldıqdan sonra AZUS Consulting müştəri üçün iş cədvəlinin hazırlanmasına başlayacaqdır. Bu cədvəldə işin planlaşdırılmış başlanma və başa çatma tarixləri, məqsədləri, işin ətraflı təsviri, işin icrası üçün tələb olunan resurslar və xərclər öz əksini tapacaqdır.

Xidmətlərin müştəriyə göstərilməsi

AZUS Consulting xidmətləri müqavilənin şərtlərinə və iş cədvəlinə uyğun göstərilməsini öz öhdəsinə götürür.